Mədəniyyətimizin Qəndilləri / nəşrə hazır. A. Qurbanov ; elmi red., bədii red.: R. Manafov, İ. Erol ; dizayn. N. Qəribov ; ön söz A. Tecim. - Bakı : İpəkyolu Nəşriyyatı, 2013. - 382 s.
Bu kitabda milli-mənəvi dəyərlərimizin, mədəniyyət və könül dünyamızın ulduzlarının böyük bir qismini sevinclə yad etdik. Nizamidən Yunus Əmrəyə, Mövlanadan Füzuliyə, Əhməd Yəsəvidən Həmzə Nigariyə qədər könül dünyamızın qəndillərini bu gözəl işimizə daxil etdik və çox gözəl duyğular yaşadıq. Heç şübhəsiz Türk-İslam mədəniyyət dünyasının mənəvi memarları yalnız bu əsərdə zikr edilənlərlə məhdud deyil. Kitab hazərlanarkən diqqət edilən texniki qaydalara gəldikdə onu da qeyd edək ki, Türk-İslam dünyasında öz görüşləri və fikirləri ilə fərqlənən iyirmi bir insanı seçdik və onları doğum tarixlərinə görə sıraladıq. Sadəcə 2013-cü ilin UNESCO tərəfindən Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsinə həsr edildiyini nəzərə alaraq kitabımızı onunla başladıq.