Bu gün Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər.
Azərbaycan öz tarixinin ən güclü və dinamik dövrünü yaşayır. Gənclər milli və vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə olunurlar. Gənclərimiz bu dövrün çağırışlarını həssaslıqla duyur və ölkəmizin inkişafına öz töhfələrini verirlər. Bu baxımdan, Azərbaycanın adını yüksəldən gənclərimiz dövlət rəhbərliyi tərəfindən dəyərləndirilirlər.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2021-ci il uğurlu fəaliyyətinə
görə “2 - fevral Gənclər günü” münasibətilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Səfərli Cavidan Fəxri fərmanlı təltif olundu.