Blum və onun komandası

Blum və onun komandası : / red. A. Quliyeva ; rəs. Ş. Rüstəmova. - Bakı : Altun Kitab, 2017. - 96 s.

Bu kitab balacaların çox sevdiyi məşhur Winx Club cizgi serialı əsasında qələmə alınmışdır. Bir çox cizgi filmlərində olduğu kimi, burada da əsas süjet xətti xeyirlə şərin mübarizəsi əsasında qurulmuşdur. Əsərin qəhrəmanı Blum öz rəfiqələri ilə birgə şər qüvvələrə qarşı mübarizə aparır. Kitabın özəlliklərindən biri də oxu kitabı, komiks və "özün rənglə" elementlərinin vəhdətinə malik olmasıdır. Üzqabığının sonuncu səhifəsindəkli rəngli şəkillərə baxmaqla balaca oxucular kitabdakı ağ-qara illüstrasiyaları rəngləyə və öz rəngli kitablarını yarada bilərlər.