• Az | Ru
    • HAQQIMIZDA
      • Tariximiz
      • Struktur
        • Rəhbərlik
        • Şöbələr
        • Filiallar
      • Məhdudiyyətli uşaqlar üçün
      • Layihələrimiz
      • İstifadə qaydaları
      • Fotoqalereya
      • Videoqalereya
      • KİV
      • Göy Qurşağı jurnalı
      • Hesabatlar
      • Arxiv
    • YENİ ƏDƏBİYYAT
      • Yeni Kitablar
        • Nəşrlərimiz
        • Bərpanəşr
      • Elektron Kitablar
        • Azərbaycan dilində
        • Digər dillərdə
        • Qızıl Fond
          • Ədəbiyyat
          • Fonoteka
    • BİBLİOQRAFİK XİDMƏT
      • Məlumat biblioqrafiya
        • Biblioqrafik yaddaş
        • Veblioqrafiya
        • Slaydlar
      • Milli ədəbiyyat
        • Tövsiyə biblioqrafiyası
      • Elmi metodika
        • Metodik vəsaitlər
        • Əlamətdar günlər
    • MULTİMEDİA
      • Virtual sərgi
      • Audio kitablar
        • Danışan kitablar
        • Nağıllar, hekayələr, şeirlər
        • Uşaqlar üçün lətifələr
        • Dərsliklər
      • Cizgi Filmləri
      • Uşaq mahnıları
    • ƏLAQƏ
    Az | Ru
      • AZ
      • RU
    logo
    “Kiçik Ürəklərdə Zəfər Rəngləri” adlı 8 noyabr Zəfər gününə həsr olunmuş uşaq və yeniyetmələrin rəsm və əl işlərinin sərgisi baş tutdu
    02-11-2022 16:11:00

    1 noyabr tarixində Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “8 noyabr Zəfər Günü”nə həsr olunmuş “Kiçik Ürəklərdə Zəfər Rəngləri” adlı uşaq və yeniyetmələrin rəsm və əl işlərinin sərgisi baş tutub.

    Sərginin  təşkilində əsas məqsəd 7-17 yaş arası uşaq və yeniyetmələrdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi,  gənclərə milli həmrəylik və qəhrəmanlıq dolu ülvi hisslərin aşılanması, Vətənimizin suverenliyi uğrunda Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin xatirəsini əbədiləşdirmək, milli-mənəvi dəyərlərimizi təbliğ etməklə Qarabağın zəngin tarixi və mədəniyyət abidələrini uşaq və yeniyetmələrə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq, eləcə də yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdir.       

    Sərgidə əbədi və  əzəli Azərbaycan torpaqlarını, Şuşa, Xudafərin körpüsü, zəfərimizin nişanəsi olan üç rəngli bayrağımızı, xarıbülbülü, qəhrəman əsgərlərimizi  özündə əks etdirən 80 dən çox rəsmlər və əl işləri  nümayiş olunub. Sərgi çərçivəsində  201, 144 saylı tam orta məktəb, 43, 49 saylı lisey, 3 və 5 nömrəli Uşaq – Gənclər İnkişaf Mərkəzi,  Azərbaycan Respublikası  Gəncliyə Yardım Fondu, İncəsənət Gimnaziyası uşaqlarının rəsmləri  və Zəngi liseyi 4a sinif şagirdlərinin əl işləri təqdim edilib.

    Sərgidə  Xalq rəssamı Arif Hüseynov,  Respublika  “Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diroktoru Lalə Qəti, şair-publisist Rəfael Tağızadə, 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova və Vətən müharibəsi qaziləri  iştirak ediblər.

    F. Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxış edərək 44 günlük Zəfər tarixini tərənnüm edən istənilən layihənin, tədbirlərin, kitab təqdimatlarının, sərgilərin, müsabiqələrin və digər layihələrin keçirilməsinin böyük şərəfli bir missiya olduğunu bildirib və bu kimi tədbirlərin Azərbaycan əsgərinin döyüş rəşadəti və şəhidlərimizin əziz xatirəsini əbədiləşdirməklə gənc nəslin tərbiyə olunmasında qəhrəmanlarımızın  həyatlarının örnək olduğunu bildirib. O qeyd edib ki,  torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan bütün qəhrəman oğullarımız daim Azərbaycan xalqının qəlbində yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq tarixdə əbədi qalacaq.

    Sərgi çərçivəsində  5 saylı Uşaq - Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri musiqi nömrələri ilə çıxış ediblər.

    Sonda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Azərbaycan Gənc Tamaşaçılar Teatrı  tədbirə dəstək məqsədilə iştirakçı uşqlara “Zəfər yolu” və “Sinbad” tamaşalarına bilet hədiyyə etdilər.

    HAQQIMIZDA

    • Tariximiz
    • Rəhbərlik
    • Şöbələr
    • Filiallar
    • Məhdudiyyətli uşaqlar üçün
    • Layihələrimiz
    • İstifadə qaydaları
    • Fotoqalereya
    • Videoqalereya
    • KİV
    • Göy Qurşağı jurnalı
    • Hesabatlar
    • Arxiv

    YENİ ƏDƏBİYYAT

    • Nəşrlərimiz
    • Bərpanəşr
    • Ədəbiyyat
    • Fonoteka
    • Azərbaycan dilində
    • Digər dillərdə

    BİBLİOQRAFİK XİDMƏT

    • Biblioqrafik yaddaş
    • Veblioqrafiya
    • Slaydlar
    • Tövsiyə biblioqrafiyası
    • Metodik vəsaitlər
    • Əlamətdar günlər

    Ünvan:

    • Bakı şəhəri, S.Vurğun küçəsi 88
    • (+99412) 597-08-79 (+99412) 597-09-86
    • info@clb.az ushaqkitabxanasi@gmail.com childlibbaku@yahoo.com

    © 2021 All Rights Reserved. Developed By Abasoft