18 yanvar tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi- Metodika şöbəsi 2021- ci ildə fəaliyyəti ilə bağlı yekun hesabatını təqdim etdi. Təqdimatda qeyd edildi ki, 2021 - ci ildə Elmi-metodika şöbəsinin qarşısında duran əsas vəzifə uşaq və yeniyetmələrin dünyagörüşlərini, biliklərini artırmaq məqsədilə tariximizin, ədəbiyyatımızın təbliğat işini günün tələbləri səviyyəsində qurmaq və yubiley tədbirləri üzrə şəhər və rayon uşaq kitabxanalarında keçiriləcək tədbirlərə köməklik məqsədilə təqvim, yaddaş kitabçaları, rəy sorğuları, metodiki vəsaitlərin hazırlanmasından ibarət olmuşdur. Yazılan metodiki vəsaitlərdə Uşaq kitabxanalarında oxucuların ideyasının, mənəvi-əxlaqi tərbiyyəsinin, estetik zövqünün, elmi dünyagörüşünün formalaşması, əlamətdar və tarixi günlər haqqında ədəbiyyatın təbliği məqsədilə kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, oxucu sorğularının ödənilməsi, ədəbi bədii gecə və digər tədbirlərin keçirilmə qaydası haqqında ətraflı məlumat verildi. Təqdimatdan məlum oldu ki, 2021-ci ildə informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrdə Elmi - metodika şöbəsi rayon uşaq kitabxanalarına metodik köməkliyi virtual olaraq onlayn şəkildə davam etdirmişdir. İl ərzində yazılan metodik vəsaitlər, 2022-ci il üçün hazırlanmış təqvim F.Köçərli adına RUK-nın saytına (clb.az) yerləşdirilmişdir. Pandemiya şәraitindә qarşıya çıxan çәtinliklәrә baxmayaraq, Elmi - metodika şöbəsi öz iş fəaliyyətini dayandırmamış, 2021 - ci ildə 36 adda metodiki vəsait işləyərək oxucuların istifadəsinə vermişdir. Bunlardan 17 adda vəsait Azərbaycanın yubilyar yazıçı və şairlərindən, 4 adda vəsait yaradıcılığını uşaqlara həsr edən xarici yubilyar yazıçılardan bəhs edir, 9 adda vəsait əlamətdar və tarixi günlərlə bağlı, 3 adda vəsait vәtәnpәrvәrlik mövzusunda, 3 adda vəsait ixtisasla bağlı metodik köməklik məqsədilə yazılmışdır. Elmi-metodika şöbəsinin hazırladığı 2021- ci ili əhatə edən təqvim mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları və məktəblər üçün nəzərdə tutulmuşdur. Təqvimə uşaqları maraqlandıran əlamətdar və tarixi günlər, milli və dünya ədəbiyyatı, incəsənət, elm, texnika və müxtəlif elm sahələrinin ən görkəmli nümayəndələri, 2022-ci ilin yubilyar kitabları, eləcə də tarixi hadisələr haqqında məlumatlar yerləşdirilmişdir. Həmçinin, təqdimatda F. Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi - metodika şöbəsi 9 May Qələbə Günü, 28 May Respublika Günü, 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü, 22 İyul Milli Mətbuat Günü münasibətilə 50 sualdan ibarət onlayn şəkildə təşkil olunmuş viktorinalardan da söhbət açdı. Müsabiqələrin keçiriliməsində əsas məqsəd kitabın və kitabxananın, tariximizin, mədəniyyətimizin, milli adət-ənənələrimizin təbliğinə, oxucuların ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsinə, milli-mənəvi ideologiyasının, elmi dünyagörüşünün, mənəvi və estetik zövqünün formalaşmasına, gənc nəsildə torpağa, vətənə, onun dəyərli insanlarına məhəbbət hisslərinin aşılanmasına, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət etmək olmuşdur.