Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyətinin inkişafı məsələləri

Abduləliyev, Ariz. Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyətinin inkişafı məsələləri (1969-2003) : Elmi məqalələr toplusu / A. Abduləliyev ; tərt. ed. E. Əliyeva ; rəy.: F. Bədəlbəyli, G. Abdullazadə ; naşir E. Məmmədov. - Bakı : Aspoliqraf, 2022. - 200 s.

Bu kitab Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, ümummilli Lider Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişaf strategiyasındakı rolundan və əvəzsiz xidmətlərindən bəhs edir. Kitaba daxil edilmiş məqalələrdə Ulu Öndərin görkəmli musiqi xadimlərinin - bəstəkarların, dirijorların, ifaçıların, xoreoqrafların yaradıcılığına, musiqi təhsili və tərbiyəsi məsələlərinə, istedadlı gənclərə diqqət və qayğıya dair söylədiyi fikir və mülahizələri, qəar və sərəncamları musiqişünaslıq elminin aktual tədqiqat obyekti səviyyəsində araşdırılmışdır.