30 oktyabr tarixində Bakı şəhəri, Suraxanı rayonu, Səməd Abdullayev adına 290 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdləri F. Köçərli adına Respublika Uşaq Kitabxanasında oldular. Kitabxana əməkdaşı şagirdləri kitabxanadan istifadə qaydaları ilə tanış etdi, mütaliənin insan həyatındakı əvəzsiz rolunu onlara izah etdi. Məktəblilərə maarifçi, pedaqoq, uşaq folklor antologiyasının banisi F. Köçərlinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, Firidun bəy Köçərli ömrünün 35 ildən bir qədər də artıq zamanını Azərbaycan balalarının savadlanmasına, təhsilli olmasına həsr etmişdir.
Tədbirin davamında uşaqlar kitabxananın oxu zalında görkəmli maarifçi, ədəbiyyatşünas-tənqidçi Firidun bəy Köçərlinin həyat və yaradıcılığını əhatə edən sənədli film izlədilər. Kitabxana əməkdaşları məktəbliləri maraqlandıran bütün sualları cavablandırdı. Sonda xatirə şəkilləri çəkildi. Məktəblilər kitabxanadan xoş əhval-ruhiyyə ilə ayrıldılar.