F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Instagram” sosial şəbəkəsi üzərindən təşkil etdiyi “Qonağım ol” layihəsinin növbəti canlı yayımında Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasinin müəllimi, kafedranın fəlsəfə proqramı üzrə doktorantı, ABA psixoloji mərkəzin uşaq psixoloqu İsgəndərova Aynur ilə oxucular arasında virtual görüş keçirildi.
Görüş çərçivəsində psixoloq tərəfindən “Uşaqlara kitabları necə sevdirək”, “Uşaqlarda məsuliyyət hissini necə formalaşdırmalı”, “Uşaqların inkişafında interaktiv oyunların rolu” mövzuları haqqında ətraflı məlumatlar verildi.
Həmçinin, oxucular canlı yayım vasitəsi ilə psixoloqa “Uşaqlarda yaş sindromu?” , “İndiki müasir internet oyunlarının uşaq psixologiyasına təsiri?” , “Autizm sindromlu uşaqlarla necə davranmalı?” kimi bir çox onları maraqlandıran müxtəlif sualları ünvanladılar. Suallar psixoloq tərəfindən ətraflı cavablandırıldı.
Qeyd edək ki, əsas məqsəd - valideynlərlə yanaşı uşaqların tərbiyə olunmasında iştirak edən şəxslərin uşaq psixologiyası haqqında düzgün maarifləndirilməsinə nail olmaqdır. Doğru psixoloji metodlar vasitəsi ilə uşaqların intellektual səviyyəsinin inkişafında mühüm rol oynayan kitabları onlara sevdirmək, oxu vərdişlərini artırmaq, kitab və kitabxanaların rolunu onların hərtərəfli inkişafındakı əhəmiyyətini bir daha vurğulamaq idi.