Fevralın 28-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları, “Zəngi” liseyində keçirilən “Sirli, sehrli keçmişə səyahət” adlı layihənin təqdimatında iştirak etdilər. Layihənin əsas məqsədi, uşaqların dünya görüşünün artırılması, maraq dairəsinin genişlənməsi və məktəblilərdə tədqiqatçılıq vərdişlərinin aşılanmasına dəstək olmaq idi. Üç qrupa ayrılmış məktəblilər mövzuyla bağlı araşdırmalarını F.Köçərli adına Respublika Uşaq Kitabxanasının kitab fondundan və digər informasiya mənbələrindən istifadə etmişdilər. 1-ci qrup ”Möcüzələr”, 2- ci qrup “Tarixçilər”, 3- cü qrup isə “ Arxeoloqlar” adlanırdı. Tədbirdə, 1-ci və 2- ci qrup qədim dövrün 7 möcüzəsi haqqında məlumat verdilər. 3- cü qrup olan “ Arxeoloqlar” qrupu isə tədbir iştirakçılarına yeni dövrün 7 möcüzəsi olan “Tacmahal”, “Böyük Çin səddi”, “Petra der” abidəsi, “Kolizey”, “İsa Məsihin” heykəli, “Çiçen İtza” pramidası və “Maçu Pikçu” haqqında ətraflı məlumat verdilər. Daha sonra, hər üç qrupun şagirdləri, Azərbaycanın tarixi abidələri və qədim tikililərindən olan, “Azıx” mağarası, “Qobustan qayaüstü rəsmləri”, “Qız qalası”, “Neft daşları” və “Palçıq vulkanları” haqqında dolğun informasiya verdilər. Hər qrup çıxışın sonunda, məlumat verdiyi mövzularla bağlı əl işlərini də nümayiş etdirdi. Tədbir çərçivəsində şagirdlər, böyük vətənpərvərlik ruhunda Azərbaycana aid rəqs kompozisiyaları, şeirlər və mahnılar ifa etdilər. Məktəblilərin çıxışlarını, yüksək qiymətləndirən münsiflər heyəti onları dünyanın 8-ci möcüzəsi adlandırdılar. Layihənin həyata keçirilməsində iştirak edən bütün şagirdlər diplomla mükafatlandırıldı. Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova öz çıxışında, sinif rəhbəri başda olmaqla, uşaqları və valideynləri belə bir layihənin ərsəyə gətirilməsində böyük maraq və səy göstərdikləri üçün təbrik etdi, və kitabxananın təsis etdiyi “Göy Qurşağı” uşaq jurnalını məktəbin kitabxanasına hədiyyə etdi. Tədbir, xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.