“Ey dan ulduzu...” adlı monoloq müsabiqəsinin 2-ci turu keçirildi
15-04-2019 12:47:00
Aprelin 15-də, Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında böyük ədib, dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar “Ey dan ulduzu...” adlı monoloq müsabiqəsinin 2-ci turu keçirildi. Müsabiqə iştirakçıları böyük dramaturq C.Cabbarlının yaradıcılığını əhatə etməklə, yadda qalan obrazları canlandıraraq monoloqla çıxış etdilər. Qeyd edək ki, 11 məktəbli 3- cü turda iştirak etmək hüququ qazandı.