Tarix yazan məzunlar

Tarix yazan məzunlar / Bakı Dövlət Universiteti ; tərt.ed. R. Səmədov ; red. Ə. Cabbarlı ; ön söz E. Babayev. - Bakı : Bakı Dövlət Universiteti Nəşriyyatı, 2021. - 100 s.

Kitabda 44 günlük Vətən müharibəsində öz qanları ilə tarix yazmış Bakı Dövlət Universitetinin şəhid məzunları haqqında müəllimlərinin, tələbə yoldaşlarının xatirələri toplanmışdır. Təqdim olunan yazılarda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun sıralarında qəhrəmancasına döyüşmüş, əzəli torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş 19 gəncin şərəfli həyat hekayələri əksini tapır. Əminik ki, gələcəkdə şəhid məzunlarımız haqqında daha yeni kitablar, tədqiqat əsərləri ərsəyə gələcəkdir.