25 may 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanası, Nizami rayon “Zəngi” liseyinin III sinif şagirdləri ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş növbəti tədbiri keçirdi. Tədbirdə, məktəbin şagirdlərinin ifasında “Cümhuriyyət nəğməsi”-nə çəkilən klip təqdim edildi. Bununla yanaşı, məktəblilər “Çırpınırdı Qara Dəniz” və “Azərbaycan, Türkiyə” adlı mahnıları ifa etdilər. Kitabxananın Elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova uşaqlara çıxışları üçün təşəkkür etdi və bildirdi ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında sərəncamları tariximizə verilən yüksək qiymətdir. Sonda, uşaqlara kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalının son nömrəsi hədiyyə edildi. Tədbir, xatirə şəkillərinin çəkilişi ilə başa çatdı.