Doğru və gözəl danışıram : 2-3 yaş / baş red. S. B. Amanova ; tərc.ed. E. Şamilzadə ; red.: V. Pənahov [et al.]. - 1-ci nəşr. - Bakı : Everest Nəşriyyat Evi, 2021. - 24 s.
Kitabımızda interaktiv təlim metodlarına uyğun olaraq təqlid oyunları, şeir söyləmə, barmaq oyunu, söhbətetmə, hekayə anlatma və tamamlama, yeni bir hekayə hazırlama, səhnəcik qurma və s. kimi metod və üsullara aid çalışmalar mövcuddur. Məzmun etibarilə özümüzü, ətrafımızdakı insanları, məktəbimizi tanımaq; rəngləri, fiqurları, heyvanlar aləmini, peşələri öyrənmək; süfrə mədəniyyəti, qonaq qarşılama ədəbləri, özünəxidmət bacarıqları və sinifdə davranış qaydalarına yiyələnmək baxımından verilmiş fərqli və maraqlı tapşırıqlar uşaqlarımızın dil vərdişlərinin inkişafına dəstək olacaqdır. Hörmətli valideynlər və müəllimlər! "Dido ilə Öyrənirəm" kitab dəsti 2-3 yaşlı uşaqları inkişaf səviyyələrinə, fərdi xüsusiyyətlərinə uyğun olaraq, onların maraq və öyrənmə arzusu diqqətə alınaraq hazırlanmışdır.