30 Mart 2018- ci il tarixində, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 1 saylı filialı, Yasamal Rayonu 176 saylı tam orta məktəbdə “31 Mart Azərbaycanlıların soyqırım günüdür” adlı anım tədbiri keçirdi. Tədbir iştirakçıları Azərbaycanın dövlət himni səsləndirildikdən sonra 31 mart soyqırımı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad etdilər. Tədbiri giriş sözü ilə, məktəbin direktoru Məhəbbət Əsgərova açaraq, 31 Mart soyqırımının bizim qan yaddaşımız olduğunu və bu tədbirin keçirilməsinin tariximizi unutdurmamaq baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. Sonra soyqırım həqiqətlərindən bəhs edən slayd göstərildi. Məktəblilər günün mahiyyətini daşıyan şeirlər söylədilər. Qeyd edək ki, tədbirdə Kitabxana tərəfindən soyqırıma həsr olunmuş sərgi təşkil edilmişdi. Sərgidə nümayiş olunan rəsm əsərləri və kitablar tədbir iştirakçılarının böyük marağına səbəb oldu.