16 may 2018- ci il tarixində, F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Misir Uşaq Ədəbiyyatı” həftəsi çərçivəsində Səbail rayonu 160 saylı məktəbdə, şagirdlərlə Misirin böyük alimi, uşaq yazarı, 400-dən çox kitabın müəllifi professor Yaqub Əl Şaruni arasında görüş keçirildi. Görüşdə, şagirdlər və müəllim kollektivi iştirak edirdi. F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Ş.Qəmbərova tədbir iştirakçılarına Misir uşaq ədəbiyyatının sevimli yazarı, pr Yaqub Əl Şaruni haqqında ətraflı məlumat verib onu qonaqlara təqdim etdi. Pr Yaqub Əl Şaruni məktəblilərə Misir mədəniyyətindən və Misir uşaq ədəbiyyatı eləcə də, müəllifi olduğu kitablar haqqında maraqla danışd . Bildirdi ki, məhz uşaqlara olan məhəbbəti onu 400- dən çox kitab müəllifi olmağa təhrik edib.