F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən mötəbər bir təşkilatın- Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Üzv olmaqda məqsədimiz Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Ədəbiyyatı Şurası vasitəsilə ölkəmizi tanıtmaqdır. IBBY Isveçrədə, Sürix şəhərində 1953-cü ildə yaradılıb. Hazırda İBBY-nin dünya üzrə 79 Milli Bölməsi fəaliyyət göstərir. Təşkilatın iki ildən bir konqresi keçirilir. 2018- ci il 29 avqust-2 sentyabr tarixində Yunanıstanın paytaxtı Afina şəhərində Megaron Beynəlxalq Konfrans Mərkəzində Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının 36-cı konqresi işə başladı. Konqresdə Azərbaycan Milli bölməsini F.Köçərli adına Respublika uşaq kitabxanasının İBBY üzrə əlaqələndirici, direktor müavini, əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova təmsil edir. Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının 36-cı konqresinin mövzusu belə adlanır: “Uşaq kitabları ətrafında Şərqlə Qərbin görüşməsi”. Konfransı giriş sözü ilə Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının Yunanıstan Milli bölməsi üzrə prezidenti Vasiliki Nika açdı. O çıxışında bildirdi ki, Yunanıstanın paytaxtı Afina şəhəri kitab sənayesinin, ədəbiyyatın və oxunun dəstəklənməsi istiqamətində fəaliyyətinə görə 2018-ci ildə YUNESKO-nun Dünya Kitab paytaxtı elan edilmişdir. Bu il konqresdə dünya ölkələrindən uşaq ədəbiyyatı sahəsində çalışan 1000-dən çox nümayəndə iştirak edir. 1976-cı ildə 17-ci IBBY Beynəlxalq Konqresinə ev sahibliyi edən Afina qırx iki il sonra yenidən ev sahibliyi etdi. Afina hələ də Akropolis Təpəsinin kölgəsi altında nəfəs alan və inkişaf edən, müasir incəsənət və mədəniyyət dünyasında əhəmiyyətli nailiyyətlər əldə edən bir şəhərdir. Yunanıstan, mədəniyyətlərin kəsişməsində, həmişə Şərq və Qərblə birgə, parlaq mavi dəniz küləklərində səyahət edən insanlar haqqında hekayələr, mif və əfsanələr təqdim edir. Onları qoruyub saxlayırıq ki, hələ də çoxillik günəş işığında aydın görünə bilək. Bu gün, Beynəlxalq Uşaq ədəbiyyatı Şurasının missiyası uşaq və yeniyetmələr üçün yazılmış əsərlərin ən yaxşılarını seçməklə təqdim etmək, bu istiqamətdə müxtəlif xalqların fikirləri ilə qarşılıqlı diskussiya aparmaqdır. İnsanlar arasında anlaşma və yaxşı bir iradə, həmçinin dünyanın bütün uşaqları üçün bərabər imkanlar yalnız müxtəlif xalqlar və sivilizasiyalar arasında bir körpü təklif edəndə əldə edilə bilər. Bu, qəribə səslənsə də yeganə yoldur 1956-cı ildə Beynəlxalq Uşaq Kitabının Şurası tərəfindən Andersen qızıl medalı təsis edilib və hər iki ildən bir “Ən yaxşı uşaq yazıçısı”, 1966-cı ildən isə "Uşaq kitabı rəssamı"nominasiyalı ilə mükafatına layiq görülür. Bu mükafati “ Kiçik Nobel mükafatı” adlandirmaq olar. 2018-cil ildə Rusiyalı rəssam, animator, uşaq kitablarının illüstratoru İqor Oleynikov Andersen qızıl medalına layiq görülmüşdür. Uşaq yazıçıları arasında birincilik qazanan, Andersen qızıl medalına layiq görülərn yapon yazıçısı Eyko Kadono oldu. Onun “Kiki-nin çatdırılma xidməti” kitabı məşhur animator Hayao Miyazaki tərəfindən ekranlaşdırılmış, geniş auditoriyaya təqdim edilmişdir. Konqresdə 12 oturum zallarında müxtəlif mövzularda peşəkar çıxışlar oldu, müzakirələr keçirildi. 36-cı Beynəlxalq Uşaq Ədəbiyyatı Konqresinin əsas mövzuları üç istiqamətdə təqdim olunur: