4 Noyabr 2016 cı il tarixdə İsveç Krallığının ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili cənab Tomas Danestad F.Köçərli adına Respublika Uşaq Kitabxanasında olmuşdur.Qonaq kitabxanada fəaliyyət göstərən sərgi və oxu zalları, kitabxana fondunda mövcud olan kitablarla və elmi təşkilatın potensial imkanları ilə yaxından tanış olub. Kitabxanamızla tanış olarkən, cənab vəkil Kitabxananın uşaq teatr studiyasının hazırladığı Buratinonun macəraları nağılının motivləri əsasında hazırlanmış ”Buratinonun kitabxana sərgüzəştləri” adlı tamaşanı seyr etdi.Kitabxananın direktoru Şəhla Qəmbərova qonağa kitabxananın fəaliyyət istiqamətləri barədə məlumat verib. Onu da qeyd edək ki, cənab vəkil kitabxanamıza İsveçin məhşur uşaq yazarı Astrid Lindqrenin 9 kitabını hədiyyə etmişdir.Kitablar İsveç Krallığının Bakıdakı səfirliyinin layihəsi əsasında uşaq ədəbiyyatı nümunəsi kimi Azərbaycan dilinə tərcümə olunaraq çap olunmuşdur.Uşaqlarımızın kiçik qəlbini, Azərbaycan uşaq yazarları ilə yanaşı əcnəbi yazarlar da öz əsərləri ilə fəth etmişlər.Dünyada ən məhşur uşaq kitablarının müəllifi kimi tanınan İsveç yazıçısı Astrid Lindqrenin əsərləri də məhz bu qəbildəndir.Cənab Tomas Danestad görüşdən məmnunluğunu ifadə edərək, dəvət üçün təşəkkürünü bildirib.