Məni itirməyin

Şıxlı, İsmayıl Qəhrəman oğlu. Məni itirməyin : əfsanələr, hekayələr,cəbhə xatirələri / İ. Q. Şıxlı ; tərt.ed., red. F. Şıxklinski ; ill. A. Məhərrəmova ; ön söz E. Şıxlı. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 411 s. 

"Məni itirməyin" kitabında xalq yazıçısı İsmayıl Şıxlının əfsanə və rəvayətləri, hekayələri və cəbhə xatirələri yer alır. İsmayıl Şıxlının bütün əsərləri maraqla oxunur, qələmə aldığı hadisələr uydurma deyil, gerçək həyatdan götürülüb. Hamısı yazıçının nə vaxtsa gördüyü, eşitdiyi, yaxud iştirakçısı olduğu əhvalatlardır. Sadəcə, janrın tələblərinə riayət etməklə bədii təxəyyülün süzgəcindən keçib. Bu əsərlərdə mənəvi- əxlaqi dəyərlər, həyat reallıqları, insan psixologiyası əks olunur. Yazıçının bütün əsərləri öz dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir.