Məşhur səyyahlar və tədqiqatçılar

Məşhur səyyahlar və tədqiqatçılar: Dahilər: oyuncaq kitab / tərc ed. A. Cəfərova; red. F. Hüseynova; Üç alma uşaq ədəbiyyatı. - Bakı: TEAS Press, 2017. - 8 s. : rəngli il.

“Dahilər” seriyası hamımızın tanıdığı məşhur şəxsiyyətləri azyaşlı oxuculara sadə dildə, eyni zamanda, əyləncəli üsulla təqdim edir. Gözoxşayan illüstrasiyalar və nəfis tərtibat mütaliəni sevdirərək vərdiş halına çevirir. Adam formasında olan bu kitabda uşaqlarımız məşhur səyyahlar Xristofor Kolumb, Vasko da Qama, Xuanzanq və Kapitan Ceyms Kukun ailəsi, uşaqlığı, kəşfləri, ixtiraları və nailiyyətləri haqqında qısa məlumat əldə edə bilərlər.