Biletsiz sərnişin

Əlibəyli, Xanımana Sabir qızı. Biletsiz sərnişin : Uşaq şeirləri və tapmacaları / X. S. Əlibəyli ; tərt.ed. G. Abdullayeva ; ill. R. Həsənzadə. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 383 s.

Azərbaycan uşaq ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş Xanımana Əlibəylinin "Biletsiz sərnişin" kitabında onun şeirləri və tapmacaları toplanıb. Şairənin əsərləri uşaqlarda vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ataya, anaya, müəllimə, ümumiyyətlə böyüklərə hörmət, özündən kiçiklərə şəfqət, mehribanlıq, dostluqda dəyanət kimi kamil insana xas duyğular aşılayır.