Əfsanənin nağılları 2

Rəhimli, Əfsanə. Əfsanənin nağılları 2 / Ə. Rəhimli ; red. S. Hüseynli ; rəs.: İ. Məmmədov, M. Məmmədova. - 2-ci nəşr. - Bakı : EVEREST, 2024. - 80 s.

Əfsanə Rəhimli bu yeni- sayca ikinci kitabı ilə oxuculara sirli-sehrli nağıllar aləminə maraqlı, xoş bir səyahət vəd edir. Kitabda toplanan nağıllar formaca yığcam və oxunaqlı, məzmunca maraqlı və mənalıdır. Bu nağıllarda əlləri şəfalı Dədə, Şaxta baba və Qar qız, üç şahzadə qardaş və başqa bu kimi sevimli, yaddaqalan obrazlar təqdim edən Ə.Rəhimli beləliklə oxucularına, gələcəyimiz olan uşaqlara dərin və geniş düşüncə tərzi, incə duyğular, nəcib hisslər aşılamağa çalışır. Kitabda toplanan nağıllarda tariximizə müasir baxış, keçmişimizə ehtiram hissi də öz əksinin tapıb. Müəllif bu nağıllarla biliyin, mütaliənin önəminə də, təbiətə, canlı aləmə həssas, qayğıkeş münasibətin vacibliyinə də diqqət çəkir.