İqtisadi və sosial coğrafiyanın əsasları
İsmayılov, Ç. İqtisadi və sosial coğrafiyanın əsasları: ali məktəblər üçün dərslik / Çingiz İsmayılov; elmi red. A. A. Nadirov. - Bakı: Teas Press, 2015. - 160 s. : xəritə, cədvəl, foto.
Məzmunca mürəkkəb, planetar miqyaslı məsələləri əhatə edən bu dərsliyin hazırlanmasının əsas məqsədi tələbələri insanın məkanda fəaliyyət xüsusiyyətləri haqqında biliklərlə təmin etməkdir. Dərslikdə iqtisadi və sosial coğrafiyanın elmi əsasları və inkişaf istiqamətləri göstərilmişdir. Görkəmli alimlərin ideya və nəzəri baxışlarının təhlilinə xüsusi diqqət yetirilmişdir. Dərsliyin hazırlanmasında müxtəlif fənlərə aid (fiziki coğrafiya, iqtisadiyyat, sosiologiya, siyasət, tarix, ekologiya, geologiya və s.) ədəbiyyatdan geniş istifadə edilmişdir.