Zəhərli qurşaq

Doyl, Artur Konan. Zəhərli qurşaq / A. K. Doyl ; red. E. Astanbəyli ; tərc ed. A. Haqverdiyeva ; rəs. E. Cabarov ; dizayn. L. Məmməd. - Bakı : Altun Kitab, 2023. - 128 s.

Sizə təqdim olunan "Zəhərli qurşaq" professor Çellencer haqqında silsilə əsərlərdən ikincisidir. Bu əsər həmin silsilədən ilk roman olan "İtmiş dünya" kimi maraqlı sujet xəttinə malikdir və birnəfəsə oxunur. Hər şey jurnalist Melounun dostu professor Çellencerdən aldığı teleqramla başlayır. Professor onu təcili öz yanına çağırır, üstəlik, özü ilə oksigen balonu gətirməsini tapşırır. Mister Meloun çox təəccüblənir, lakin tezliklə bu təəccübü təlaş əvəz edir- məlum olur ki, bəşəriyyət ölümcül təhlükənin bir addımlığındadır...