Şuşalı super qəhrəman Qaya

Cəfərova, Xülya Rabil qızı. Şuşalı super qəhrəman Qaya : Roman / X. R. Cəfərova ; tex. red. M. Əsgərova ; rəs. Z. Novruzova ; dizayn. M. Sadıqzadə ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Aspoliqraf, 2022. - 160 s.

"Şuşalı superqəhrəman Qaya" müəllifin sayca üçüncü kitabıdır. Burada Qayanın XVIII əsrdən müasir dövrümüzə qədər keçdiyi uzun bir dövrə nəzər salınır. Kitabda ölümsüzlük və əbədi gəncliklə mükafatlandırılmış Qayanın başına gələn fantastik hadisələr, ölüm-dirim savaşları, həmçinin 44 günlük Vətən müharibəsində qara qüvvələrlə apardığl mübarizə oxuculara xronoloji ardıcıllıqla çatdırılır. Şuşanın təməlinin qoyulduğu zamanlarda dünyaya göz açan, Pənahəli xanla tanış olmuş, Molla Pənah Vaqifin şagirdi olmuş Qayanın yolu əsirlikdən, Birinci və İkinci Dünya müharibələrindən, Mirnıy mədənlərindən, həmçinin dünyanın dörd bir yanından və nəhayət, Şuşadan keçir. Bu mübarizələrdə onun ən böyük dəstəkçiləri isə Bozqurd, Öztürk, Azər Alpan və Oğuz xandır. Daxilindəki hüdudsuz vətən sevgisi və digər superqəhrəmanların da köməyi ilə Qaya kölgələrlə, görünməz şər qüvvələrlə və xəyanətkar Armenlə amanız bir mübarizəyə başlayır.