Əli Vəliyev : Biblioqrafiya

Əli Vəliyev : Biblioqrafiya = Ali Valiyev : Bibliography = Али Велиев : Библиография / Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası ; tərt.ed.: M. Cəfərova, G. Quliyeva ; elmi red. K. M. Tahirov ; ön söz Elçin ; red. M. Vəliyeva ; dizayn. M. Əliqızı. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2023. - 248 s.

Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Əli Vəliyev" biblioqrafiyası Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 120 illik yubileyinə həsr edilmişdir. Biblioqrafiyada Əli Vəliyevin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında ədəbiyyat, onun dünyanın ən zəngin milli və universitet kitabxanalarında mühafizə olunan nəşrləri öz əksini tapmışdır. Bibloqrafiya ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.