Əliyev, Elçin. Sehrli abidələr / E. Əliyev, N. Əlizadə ; elmi red. K. İbrahimov ; ill. N. Hacıyev. - 2-ci nəşr. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2020. - 412 s.
Hər ölkənin tarixi, onun mədəni irsi bu ərazidə yerləşən abidələrin daş yaddaşına həkk olunur. Elə buna görədir ki, bir ölkənin tarixi ilə tanış olmaq istəyən hər kəs həmin ərazidə yerləşən qədim abidələrə üz tutur. Neçə-neçə qanlı döyüşlərin şahidi olmuş, hər daşı bir tarix olan qalalar, məqbərələr, saraylar öz əzəməti ilə zamana meydan oxuyur. Bəzi abidələr əsrlərin sınağına tab gətirməsə də, onlar haqqında səyyahların əsərlərindən məlumat alırıq. Abidələr zamanın silinməz və dəyişməz şahidləridir, bəzən tarixi təhrif etmək cəhdləri də məhz bu abidələr sayəsində nəticəsiz qalır. Hər bir Azərbaycan vətəndaşı bu ölkənin daş yaddaşı olan qədim abidələri tanımalı və tanıtmalıdır. Uşaqlar və gənclər üçün nəzərdə tutulmuş "Sehrli abidələr" kitabında Azərbaycanın abidələrinin tarixi, görünüşü, memarlıq xüsusiyyətləri və bugünkü vəziyyəti barədə dolğun məlumatlar toplanıb.