Troqen, Brit. Marqaret və Pərvanə ağacı : hekayə / B. Troqen, K. Troqen ; tərc.ed. G. Qasımova ; red.: N. Hüseynova, F. Hüseynova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 171 s.
"Marqaret və Pərvanə ağacı" kimsəsiz uşaqlar və adi, boz qanadları olan xırda canlılar haqqında olduqca qəmli, mənalı və maraqlı hekayədir. Qayğıkeş Qadınlar Cəmiyyəti bütün yaxınlarını itirmiş Marqaret Qreyi yetim uşaqların sığınacağı olan Hopeton uşaq evinə göndərməyə qərar verir. Lakin hər şey heç də göründüyü kimi deyilmiş. Marqaret yetim uşaqların şad-xürrəm yaşadığı ev əvəzinə, xanım Sviçin qorxunc əsarətinin hökm sürdüyü həbsxanaya düşür. Olduqca gözəl müdirə "zibilçələrə", yəni xarici görünüşü cəlbedici olmayan uşaqlara qarşı dərin nifrət duyur. Bu nifrət isə özünü amansız qəddarlıqla büruzə verir. Lakin Marqaret digərlərindən fərqlidir. O, ən xırda səsləri belə eşidə bilir. Elə bunun sayəsində də yetimxananın ərazisindəki tikanlı kolların arasındakı sirli dünyanı aşkarlayır. Marqaret pərvanələrin köməyi ilə xanım Sviçi həmişəlik məğlub etmək üçün plan qurur.