Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə

Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə / Dövlət Tarix-Memarlıq Qoruğu idarəsi, UNESCO ; elmi red. R. Hüseynov ; ön söz Ə. Ələkbərov ; rəs. K. Haşımova ; dizayn. K. İbrahimov ; tex. red. R. Nizamiqızı. - Bakı : Elm və Təhsil, 2021. - 1028 s.

2021-ci ildə Şərq eləcə də dünya mədəniyət tarixində özünəməxsus yeri olan Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam oldu. Nizami irsinin dərindən araşdıırlmasının və eləcə də təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2021-ci il tarixli sərəncamına əsasən bu il Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilmişdir. Bu məqsədlə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi "İllik Tədbirlər Planı" tərtib etmiş, il ərzində plana uyğun olaraq müxtəlif formatlı layihələri reallaşdırmış, elmi-praktik seminarlar və konfranslar keçirmişdir. Nəticə etibarilə respublikamızın tanınmış Nizamişünas alimləri, klassik və müasir dünya tədqiqatçıları tərəfindən yazılmış elmi əsərlərdən ibarət irihəcmli "Nizami Gəncəvi - 880" adlı kitabı ərsəyə gətirilmişdir. Kitabdan elmi-mədəni, geniş ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbləri əhəmiyyətli dərəcədə yararlana bilər.