Nəhəng ləpirin sahibi

Abdullaoğlu, Rövşən. Nəhəng ləpirin sahibi / R. Abdullaoğlu ; bur.məsul Ş. İxtiyaroğlu ; tərt.ed. P. Babayeva ; red. S. Məmmədova ; ill. R. Həsənzadə. - Bakı : Qədim Qala, 2024. - 80 s. 

Bu kitab gənc oxucularımızı canlılar aləminin rəngarənliyi ilə tanış edir, onlara dostluqda vəfalı olmağı, canlılarla, xüsusən də özündən zəiflərlə mərhəmətli davranmağı, tanımadığı insanlar, anlamadığı hadisələr haqqında tələsik qərarlar verməməyi, səbirli davranmağın və müsbət düşünməyin faydalarını öyrədir. Afrikada doğulub böyümüş cəsur ləpirçi Lano müxtəlif yerlərə səfər edərək qeyri-adi heyvanlarla rastlaşır, digər tayfalarla qarşılaşaraq onların maraqlı adətləri, çətinlikləri ilə tanış olur, bir çox ibrətli hadisələrin içinə düşür.