Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi

Cabbarov, Fərhad. Qarabağda və Zəngəzurda ilk erməni-azərbaycanlı münaqişəsi (1905-1906) / F. Cabbarov ; elmi red. N. M. Vəlixanlı ; dizayn A. İsmayılova ; Milli Azərbaycan Tarixi Muzeyi. - Bakı : Təhsil, 2022. - 200 s.

Zəngin arxiv sənədləri, dövri mətbuat materialları əsasında yazılan bu monoqrafiya Qarabağda və Zəngəzurda 1905-1906-cı illər münaqişəsinin necə həyata keçirildiyi, iki xalq arasında bu günə qədər davam edən gərginliyin, ədavətin necə qızışdırıldığı haqqında suallara cavab verir. Əsərdə, həmçinin erməni terroruna qarşı müqavimətin təşkil olunması, Qarabağ və Zəngəzurdakı hadisələrin Azərbaycan cəmiyyətində siyasi birləşmə, milli həmrəylik proseslərinə təsiri məsələlərinə də geniş yer verilib.