Heminquey, Ernest. Əlvida, Silah! / E. Heminquey ; red. E. Astanbəyli ; uşaq. üçün işl. Ə. Oğuz ; rəs. E. Cabarov. - Bakı : Altun Kitab, 2019. - 128 s.
"Əcəl zəngi", "Qoca və dəniz", "Kilimancaro qarları" kimi dünyaca məşhur əsərlərin müəllifi olan Amerika yazıçısı Ernest Heminquey (1899-1961) hələ məktəbdə oxuyarkən məqalələr və kiçik hekayələr yazıb. İnsanların həyat və sağlamlığını qorumaq üçün yaradılmış Qırmızı Xaç Cəmiyyətinin könüllü dəstəsində sürücü kimi Birinci Dünya müharibəsində (1914-1918-ci illər) iştirak edib. Yazıçı bu müharibədən təxminən on il sonra özünün növbəti məşhur əsərini – "Əlvida, silah!" romanını qələmə alıb. Romandakı bir sıra hadisə və qəhrəmanları Heminquey cəbhədə şəхsən görüb müşahidə etmişdi. Roman müharibəyə nifrətlə, dinc həyat arzulayan insanlara rəğbətlə yazılıb.