Damda yaşayan Karlson

Lindqren, Astrid. Damda yaşayan Karlson / A. Lindqren ; tex. red. A. Tunay ; tərc. ed. Ə. Əhmədova ; naşir X. Müşfiq ; dizayn və qrafika T. Fərzi. - Bakı : Mücrü, 2023. - 224 s.

Əgər kürəyində pər və kiçik motor olan Karlsonun nə oyunlar açdığını bilmək istəyirsinizsə, mütləq onun haqqındakı kitabı oxuyun – burada Balaca və Karlson barədə bütün hekayətlər toplanıb. Karlson çoxmərtəbəli binanın damında yaşayır və şirni yemək, oyun oynamaq üçün uçaraq Balacanın evinə arabir qonaq gəlir. Onun əqidəsi belədir: “Hər şey şən və məzəli olmalıdır, yoxsa oyun oynamaram...” İsveç yazıçısı Astrid Linqdrenin “Damda yaşayan Karslon” adlı hekayəsində təsvir olunan hadisələr Stokholmun mərkəzi rayonlarının birində – Vazastanda bir evdə baş verir. Hadisələr damda yaşayan Karlson və uşaq ətrafında cərəyan edir. Karlson çoxmərtəbəli binanın damında yaşayır. Bu rayonda Astrid Lindqrenin özü də yaşamışdır. Bəhs edilən evdə Ostermalm küçəsində yaşayan Svanteson ailəsinin kiçik uşağı yeddi yaşlı Svante, böyük qardaşı, bacısı və ata-anası yaşayır.