Cığır açan qadınlar

Tülün, Xədicə Özdəmir. Cığır açan qadınlar / X. Ö. Tülün ; tərc. ed. V. Babayeva ; red. F. Alxaz ; rəs.: C. Kurteş [et al.]. - Bakı : Ağıllı bala, 2022. - 127 s.

Onlar şərq dünyasının qadınlarıdır. Müdir, pilot. sərkərdə, rəssam, tədqiqatçı, riyaziyyatçı, jurnalist, yazıçı, astronom, həkim, tərcüməçi, hərbçi, şair, sahibkar, komandir... Onların üzləşdiyi çətinliklərlə biz də qarşılaşmışıq! ancaq onlar bütün maneələri aşıb uğur qazandılar! Qəlibləri qırıb cığır açdılar! Bəziləri hələ də yaşayır, bəzilərinin cəsarət dolu hekayəsi isə illərdir qadınlara motivasiya verir, onları baryerləri sındırıb yeni addımlar atmağa təşviq edir. "Bilirəm ki, dünyada hamıya eyni şərait yaradılmır. Bilirəm ki, dünyada qadın və uşaq hüquqları ilə bağlı çatışmazlıqlar var. Bilirəm ki, müxtəlif sahələrdə - elmdə, incəsənətdə, texnologiyada qadınlar həmişə ikinci plana atılır. Bilirəm ki, müsəlman qadınlar həm dünyada, həm də öz ölkələrində "Müsəlman qadın uğur qazana bilər ki?!" qərəzi ilə mübarizə aparırlar", deyən Xədicə Özdəmir Tülün 25 qadının ilhamverici hekayəsini özlərinə örnək axtaran bütün qadınlara təqdim edir. "Bütün qadınların hekayələri bir-birinə bənzəyir".