Tağıyeva, Röya. Nizami dühasının xalça təcəssümü / R. Tağıyeva ; ön söz N. Mehdi ; naşir E. Məmmədov ; tex. red. M. Əsgərova ; dizayn. Z. Məmmədov ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. - Bakı : Aspoliqraf, 2022. - 96 s.
Xalçaçılıq tarixinin gözəl bilicisi professor Röya Tağıyevanın hazırladığı "Nizami dühasının xalça təcəssümü" kitabı bəzi maraqlı məqamları önə çəkir - onları düşünmək mədəniyyətimizi yeni yöndən refleksiya etməyə imkan verir. Mədəniyyətimiz Röya xanımın bu kitabda verdiyi obrazlarla Ortaçağdan Müsəlman dünyasının ali simvollarını "zikr" edir. Müsəlman dünyasında Firdovsi, Nizami kimi seçmə şairlərin poemalarının obrazlarını və tipik səhnələrini xalçalarda, miniatürlərdə "zikr" etməyi sevimli fakta çevirmişdi. İndi yeniliklərin ritmindən yorulmuş bizlər - çağdaş oxucu və tamaşaçılar Röya xanımın bu gözəl kitabında Azərbaycan xalçalarını, Azərbaycan şairi Nizami Gəncəvini surətlərini yenidən zikr edib mədəniyyətimizdən Ortaçağ azərbaycanlıları kimi ləzzət ala bilərik.