Löblan, Moris. Arsen Lüpen Herlok Şolmsa qarşı / M. Löblan ; red. E. Astanbəyli ; tərc ed. A. Haqverdiyeva ; rəs. E. Cabarov ; dizayn. L. Məmməd. - Bakı : Altun Kitab, 2023. - 192 s.
Fransız yazıçısı Moris Löblan dünyanın ən fərasətli oğrusu ilə ən yaxşı xəfiyyəsini qarşılaşdırdığı "Arsen Lüpenin qeyri-adi həyatı: Şerlok Holms gecikdi" əsərini 1906-cı ildə nəşr etdirir. Lakin bu, Şerlok Holms haqqında əsərlərin müəllifi, məşhur ingilis yazarı Artur Konan Doylun narazılığına səbəb olur. Belədə Löblan əsərindəki xəfiyyə obrazının adını Herlok Şolms şəklində dəyişdirir. Onun yaxın dostu doktor Vatson isə Vilson adını alır. Sizə təqdim olunan bu roman Löblanın sevimli qəhrəmanı ilə görkəmli ingilis yazıçısı Artur Konan Doylun detektiv janrında yazdığı əsərlərdən tanıdığımız məşhur xəfiyyə Şerlok Holms arasında qeyri-adi, həyəcan dolu mübarizədən bəhs edir. Fransa yazıçısı Moris Löblan (1864-1941) yaratdığı Arsen Lüpen obrazı ilə dünya şöhrəti qazanıb. Yazıçı bu obrazı məşhur fransız anarxisti olan, eyni zamanda qeyri-adi dərəcədə ağıllı oğru kimi ad çıxarmış Marius Yakobdan təsirlənərək yaratmışdır.