Mənim balaca yanğından mühafizə məntəqəm

Mənim balaca yanğından mühafizə məntəqəm / tərc. ed. A Cəfərova ; red. F. Hüseynova. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2016. - 64 s. 

İntellektual və faydalı oyun zəmanəti, oynaya-oynaya öyrənək! Bu dəstdə öyrənmək və əylənmək üçün hər şey var: yanğından mühafizə xidmətinə aid söz ehtiyatınızı zənginləşdirən 64 səhifəlik kitab, keyfiyyətli taxtadan hazırlanmış üç ədəd maşın, sizin yanğından mühafizə məntəqəniz olacaq qutu, yanğından mühafizə məntəqəsinin ətrafında şəhər salmaq üçün 16 hissədən ibarət pazl. Bu dəst övladlarınızın əylənərək öyrənməsi və mövzu barədə təsəvvürünün yaranmasına kömək edəcək. Qutu, kitab, pazl və taxta maşınlardan istifadə etməklə özünüz üçün mükəmməl yanğından mühafizə idarəsi qura biləcəksiniz.