Qıymayın uşaqlara

Yusifoğlu, İbrahim . Qıymayın uşaqlara : Şeirlər və mənzum pyes / İ. Yusifoğlu ; red. E. Akimova ; rəy. V. Əhməd ; ön söz N. Fidan ; rəs. Z. Əkbərli ; naşir Q. İ. İsabəyli. - Bakı : Şirvannəşr, 2022. - 172 s. 

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair-publisist İbrahim Yusifoğlunun "Qıymayın uşaqlara" adlı şeirlər toplusu müəllifin sayca 31-ci, uşaqlar üçün isə 7-ci kitabıdır. "Futbolçu, topçu, gopçu", "Arpaçayın uşaqları", "Vətən nəğməsi", "Azərbaycan Vətənimdir", "Göy yerə zəng eyləyir", Tehranda ərəb qrafikası ilə nəşr olunan "Payızda üşüyən çiçək" adlı kitablarında olduğu kimi "Qıymayın uşaqlara" kitabında da bu yaradıcılıq ənənəsinə sadiq qalaraq balaca balaların sevinc və arzusunu uşaq dünyasını biri-birindən maraqlı mövzularda əks etdirə bilmişdir. Kitabdakı şeirlərdə müharibə törədənlərə, uşaqların faciəli ölümlərinə dərin nifrət, 44 günlük Vətən Müharibəsində göstərdikləri igidliyə görə müzəffər Azərbaycan Ordusuna sevgi və məhəbbət hisləri aşılanır. İnanırıq ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan "Qıymayın Uşaqlara" kitabı məkətəbəqədər tərbiyə müəssisələrində, ibtidai siniflərdə dərs deyən müəllimlər və təhsil alan şagirdlər üçün maraqlı vəsait olacaqdır.