Adını bilməyən oğlan
Yusifova, Fatimə Alxaz. Adını bilməyən oğlan / F. A. Yusifova ; rəs. M. Şövkət ; red. E. Səmədova ; məsl. K. Əliyeva. - Bakı : Ağıllı bala, 2021. - 23 s.
Bu kitab, ölkəmizdə Autizm haqqında yazılmış ilk rəsmli uşaq kitabıdır. Kitabdakı hekayə uşaqları düşünməyə təşviq edir, empatiya qurma (başqasının hisslərini anlamaq), yardımlaşma, çətinliklərlə mübarizə, nəzakət və anlayış göstərmək kimi dəyərləri aşılayır. Müəllif hekayədə çox sadə üslubla autizmin əhəmiyyətli əlamətlərini izah etmiş,fərqli övladı olan ailələrin qarşılaşdığı problemləri qələmə almışdır. Kitab həm ailəsində autizmli bacı-qardaşı olan uşaqlar, həm də bu problemlə ümumiyyətlə tanış olmayan bütün uşaqlar üçün faydalı, vacib, maraqlı və maarifləndirici nəşrdir.