Şuşa tarixin obyektivində / tərt.ed., ön söz T. B. Axundov ; red. G. Mehdiyeva ; məsl. B. Oruclu ; naşir E. Məmmədov ; bur. məsul R. Ələkbərov ; dizayn.: S. Məmmədova, T. Mehdiyev. - Bakı : "Təhsil" , 2022. - 256 s.
Kitab Şuşanın tarixini əks etdirir. Birinci bölmədə Qarabağ xanlığının yaranması, Pənahəli xan Cavanşir tərəfindən Şuşa şəhərinin əsasının qoyulması, şəhərin məşhur məhəllələrinin və əsas tikililərinin meydana gəlməsindən bəhs olunur. Sonra tarixi ardıcıllığa uyğun olaraq Azərbaycan torpqlarının çar Rusiyası tərəfindən işğalı, daha sonra sovet imperiyasının tərkibinə qatılması və bu işğallardan sonra Şuşa şəhərinin başına gələn hadisələrdən söz açılır. Bunun ardınca isə sovet hakimiyyətinin süqutu, müstəqilliyin bərpası dövründə Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın və onun tacı Şuşanın xarici qüvvələrin dəstəyi ilə fəallaşan erməni seperatçıları və Ermənistan Respublikası tərəfindən işğalından bəhs edilir. Kitabda bu işğal zamanı tarixi abidələrə vandal münasibət, Şuşaya vurulan maddi zərər barədə məlumat da öz əksini tapmışdır. İkinci bölmədə Şuşanın bugünki siması təsvir edilir. Şuşada bərpa edilmiş tarixi-memarlıq abidələrinin şəkilləri verilir. Son iki ildə Şuşa şəhərində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu və digər qurumlar tərəfindən təşkil edilən beynəlxalq və ölkə əhəmiyyətli mədəni tədbirlər haqqında yazılar fotoşəkillərin müşayiəti ilə təqdim edilir. Kitabın üçüncü bölməsi Şuşanın gələcəyinə həsr olunmuşdur. Bu bölmədə yaxın gələcəkdə Şuşanın mənzərəsinin necə dəyişəcəyindən söz açılır.