Zeynəbin dünyası : Əyləncəli bilik hekayələri

Can, Nuran Ferhan. Zeynəbin dünyası : Əyləncəli bilik hekayələri / N. F. Can, F. Kırbaş ; baş. red. S. B. Amanova ; red.: S. Əliyev [et al.] ; nəş. rəh. A. Fidan ; tərc. ed. V. Pənahov ; rəs.: N.C Kaflı, E. Arslan. - "Çamlıca Çocuk" nəşrləri əsasında. - Bakı : EVEREST, 2023. - 112 s. 

Göyqurşağının necə meydana gəldiyi, ağacların böyümək üçün nə içdikləri, kompüterə virusun necə düşdüyü, çaydanın qaynayarkən niyə pıqqıldadığı və ayın niyə hər gün fərqli göründüyü ilə heç maraqlanmısınızmı? Zeynəb də sizin kimi hər şeylə maraqlanan və araşdırmaları sevən bir uşaqdır. Ağlına gələn bir məsələni həll etmədən rahatlıq tapa bilmir. Bunun üçün bəzən ailəsindən kömək istəyir, bəzən də yoldaşlarından dəstək alır. Amma hər dəfə də əldə etdiyi məlumatları bizimlə paylaşmağı unutmur. Bu kitabda Zeynəbin başına gələn bir birindən əyləncəli hekayələrdə maraqlandığınız bir çox sualların cavabını tapacaqsınız.