Tıq-tıq xanım

Şaiq, Abdulla. Tıq-tıq xanım : şeirlər, mənzum hekayələr və poemalar / A. Şaiq ; tərt.ed.: Ü. Talıbzadə, G. Əsədova ; ill. A. Əmirova ; ön söz A. Ə. Hacıyeva. - Bakı : "TEAS PRESS" Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 228 s. 

Azərbaycan ədəbiyyatı tarixində şair, yazıçı, dramaturq, ədəbiyyatşünas, görkəmli maarif və mədəniyyət xadimi kimi tanınan Abdulla Şaiq Azərbaycan uşaq ədəbiyyatının yaradıcılarından biri, milli uşaq teatrının banisidir. Ömrünü xalqın maariflənməsinə həsr edən yazıçı zəngin bir yaradıcılıq yolu keçərək ən çox uşaqlar və gənclər üçün yazıb-yaratmışdır ki, həmin əsərlər məktəblərdə indi də tədris edilir. "Tıq-tıq xanım" kitabında onun uşaqlar üçün yazdığı əsərləri - lirik şeirləri, mənzum nağılları və poemaları toplanıb.