Zakir, Qasim Bəy. Təmsillər, hekayələr / Q. B. Zakir ; bur. məsul Ə. Aslanoğlu ; red. Z. Şahsevənli ; tex. red.: N. Fazil, Z. Həmzəyeva ; rəs. S. Şovqatova ; dizayn. M. Əziz ; çevirən N. Cəfərzadə ; Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu. - Bakı : Nurlar, 2021. - 80 s.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qasım bəy Zakir Şərq ədəbiyyatının ən gözəl nümunələrini ərsəyə gətirən söz ustadlarından biri kimi şöhrət qazanmışdır. Ədib şifahi xalq yaradıcılığının zəngin mənbələrindən istifadə etməklə Azərbaycan xalq təmsillərini və hekayələrini özünəməxsus şəkildə yeni səpkidə qələmə almışdır. Qasım bəy Zakirin uşaqlar üçün yazdığı təmsilləri əxlaqi-tərbiyəvi xarakter daşıyır. Onlarda dostluqda vəfalı olmaq, ağıllı nəsihətlərə qulaq vermək, zəhmətkeşlik kimi gözəl insani xislətlər təbliğ, yaltaqlıq, yalançılıq, xəyanət isə tənqid olunur. Bütün insani münasibətlərdə səbirli, sadiq, tədbirli olmaq xüsusiyyətləri isə kitabda yer alan, daha böyükyaşlı uşaqlar üçün nəzərdə tutulan hekayələrin əsas qayəsini təşkil edir.