Fikrət Əmirov : Biblioqrafiya

Əmirov, Fikrət Cəmil oğlu. Fikrət Əmirov : Biblioqrafiya = Fikret Amirov : Bibliography = Фикрет Амиров : Библиография / F. C. Əmirov ; tərt.ed. M. Vəliyeva ; elmi red. K. M. Tahirov ; ön söz S. Kərimi ; red. M. Cəfərova ; dizayn. M. Əliqızı ; Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası. - Bakı : Azərbaycan Milli Kitabxanası, 2022. - 496 s.

Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından tərtib etdiyi "Fikrət Əmirov" biblioqrafiyası Azərbaycanın görkəmli bəstəkarı, SSRİ-nin və Azərbaycan Respublkasının Xalq artisti Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr edilmişdir. Biblioqrafiyada bəstəkarın əsərləri - notları, kitabları, eləcə də həyat və yaradıcılığı haqqında materialar, habelə dünya milli kitabxanalarında mühafizə olunan əsərlər öz əksini tapmışdır. Biblioqrafiya sənətşünaslar, musiqişünaslar, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.