Sultan, Əziz. Sehirli sandıq : nağıllar uşaqlarımızın gələcəyinə işıq salan fənərləridir... / Ə. Sultan ; rəs. T. Sultanov ; dizayn. N. Qəribov. - Bakı : Şərq-Qərb, 2015. - 116 s.
Xeyirli bir nəsil yetişdirmək, faydalı bir övlad böyütmək hər birimizin xəyalı və valideynlik vəzifəsidir. Onu düzgün yöndə bilgi və əxlaqi xasiyyətlərlə bəsləmək üçün bu işə uşaq yaşlardan başlamaq vacibdir. Müasir uşaqların xəyalları, hədəfləri və əyləncə metodları gözardı edilərək onların dünyasına enmək çətin məsələdir. Odur ki, onların dünyasına girmək üçün onların xəyallarına, yuxularına və arzularına ortaq olmaq lazımdır. Bunun ən qısa yolu isə nağıllar və maraqlı hekayələrdir. Uşaqlarımızı nağıl dinləyən, nağıl oxuyan yaşdan etibarən tərbiyə eləməyi bacarsaq, ümidvaram ki, onları daha sonrakı oxuma seçimlərində və davranış qaydalarında da gözəl seçimlər eləməyə müvəffəq edə bilərik.