Oğurlanmış Zəngəzur

Məmmədova , Güllü Mehdi qızı. Oğurlanmış Zəngəzur / M. M. Məmmədova ; dizayn M. Əliqızı. - Bakı : Zərdabi Nəşr MMC, 2024. - 488 s.

Kitab Zəngəzurun sovet dövründə Azərbaycandan alınıb Ermənistana verilməsinin xalqımıza qarşı böyük ədalətsizlik olması haqqında Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə açılır. Romanda 1918-1920-ci illərdə Zəngəzurda və Qarabağda ermənilərin törətdiyi qanlı hadisələrdən, soyqırımlarından bəhs edilir. Eyni zamanda, el qəhrəmanları Sultan bəy və Xosrov bəy qardaşlarının, onların başçılıq etdiyi özünümüdafiə dəstələrinin şücaəti sayəsində Andronik Ozanyan, Karo Hambarsumyan, Njde Qaregin, Dro Kanayan və başqalarının məğlubiyyətə uğradılmasından söhbət açılır. Müəllif romanda zəngəzurluların vətənə bağlılığı, döyüşkən ruhu, ermənilərlə ölüm-dirim savaşında onlara rəhbərlik etmiş - əslən Laçın rayonundan olan Sultan bəyin, qardaşı Qarabağın general-qubernatoru olan Xosrov bəyin vətən qarşısında fədakarlığı əsərin aparıcı xəttidir və tarixi məlumatlar səlis olaraq verilib. Romanda, həmçinin Qarabağın və Zəngəzurun fövqəladə komissarı olmuş Aslan bəy Sultanovun fəaliyyəti real hadisələr əsasında təsvir edilib, tarixdə adı və izi qalmış bu el qəhrəmanının mükəmməl obrazı yaradılıb. Əsərdə daşnaklarla mübarizədə misilsiz xidmətləri olan Çingiz İldırımın fəaliyyəti haqqında da söhbət açılır. 1920-ci ildə Qarabağı erməni işğalından qorumaq üçün əsgərləri ilə bu savaşda iştirak edən general Həbib bəy Səlimovun igidliyi, vətənpərvərliyi haqqında geniş məlumat verilir. Romanda ermənilərin öz qadınlarından çirkin siyasi niyyət üçün istifadə etməsi, plan baş tutmadıqda şərə-böhtana əl atması da əksini tapıb.