Amulet, həmayil və dualar

Amulet, həmayil və dualar. Kataloq : Milli Azərbaycan Tarixi Muzeyinin "sehirli" kolleksiyası / A. Rüstəmbəyova ; elmi red. N. Vəlixanlı ; Milli Azərbaycan Tarixi Muzeyi. - Bakı : Aspoliqraf, 2023. - 48 s.

“Milli Azərbaycan Tarixi Muzeyinin “sehrli” kolleksiyası: Amulet, Həmayil, Dualar” adlı yeni kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi t.ü.f.d, dos. Afət Rüstəmbəyovadır. Muzeyin Arxeologiya, Etnoqrafiya və Xüsusi fondunda qorunan unikal eksponatları əsasında hazırlanmış kataloqda müxtəlif çeşidli daş, keramika, metal və s. əsaslı amulet və həmayil, eləcə də dualar təqdim olunub.