Küçüklərin macəraları
Bünyadzadə, Aygün. Küçüklərin macəraları / A. Bünyadzadə ; rəy.: E. Akimova, X. Hümbətova ; burax.məsul. M. Bünyadzadə ; red. S. Nuruqızı ; rəs. A. Quliyev. - Bakı : Təhsil, 2024. - 52 s.
Bu kitab kiçik yaşlı oxucular üçün nəzərdə tutulmuşdur. Olduqca maraqlı və macəralarla dolu olan bu kitab uşaqların sevimli kitabına çevriləcək. Günlərin bir günü balaca Elmana üç küçük bağışladılar. Küçüklər gah balaca siçan balasını qəddar pişiyin pəncəsindən xilas etmək istədilər, gah günəşin gizləndiyi yeri axtardılar, gah da fırça əvəzinə öz quyruqları ilə rəsm çəkməyə cəhd etdilər. Bütün bu işlərin nə ilə nəticələndiyini bilmək istəyirsənsə, o zaman kitab sənin əlində.