
Ömər Faiq Nemanzadə : Foto albom (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası əsasında) / elmi red. N. M. Vəlixanlı ; dizayn L. Məmmədova ; elmi red. N. M. Vəlixanlı ; dizayn L. Məmmədova. - Bakı : Təhsil, 2022. - 48 s.
Milli Azərbaycan Tarixi Muzeyinin fondları hər il xalqımızın tarixinin və mədəniyyətinin müxtəlif səhifələrini əks etdirən yeni materiallarla zənginləşir. Həmin materiallar arasında ölkəmizi bu və ya digər şəkildə tanıdan, tarix salnaməsinə öz adlarını həkk etdirən məşhur insanların şəxsi əşyaları, fotoşəkilləri, sənədləri əsas yer tutur. 2022-ci ilin avqustunda muzeyin kolleksiyası tanınmış publisist, naşir, pedaqoq, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadəyə(1872-1937) aid materiallarla zənginləşdi. Oxucuların diqqətinə təqdim olunan bu fotoalbom təkcə Ömər Faiq Nemanzadənin və onun ailə üzvlərinin həyat salnaməsini əks etdirmir. Burada həmçinin Azərbaycanın ictimai həyatında, təhsil və maarifində xidmətləri olmuş bir çox insanların fotoşəkillərinə də rast gəlinir. Ömər Faiq əfəndinin ana tərəfdən qohumları olan məşhur Pepinovlar nəslinin nümayəndələrinin, həmçinin Şəfiqə xanım Əfəndizadənin, Məmmədzəki və Münirə xanım Dursunzadələrin bəzi fotoları ilk dəfə məhz bu albomda nəşr olunur. Fotoalbom üzərində çalışarkən Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Ömər Faiq Nemanzadənin vizit kartı və maraqlı bir şəkil də aşkar olunmuşdur.