Göy qurşağı

Xəlil, Zahid. Göy qurşağı : Şeirlər və mənzum nağıllar / Z. Xəlil ; ill. N. Tahirova. - Bakı : TEAS PRESS Nəşriyyat evi. "Üç alma uşaq ədəbiyyatı", 2018. - 258 s.

Zahid Xəlil Azərbaycan poeziyasında görkəmli yer tutan şairlərimizdəndir. O, yaradıcılığının əsas hissəsini uşaqlar üçün şeir, nağıl, poema yazmağa həsr edibdir. Zahid Xəlil yaradıcılığı bir məqsədə xidmət edir: "Uşaqları ağıllı, qoçaq, işgüzar, zəhmətsevər görmək. Zahid Xəlilin uşaq şeirləri öz yığcamlığı ilə diqqəti cəlb edir. Az sözlə bütöv fikri ifadə etmək bacarığına malik olan şair bu üsuldan tez-tez istifadə etməyə çalışır, öz yığcamlıq prinsipinə sadiq qalır. "Göyqurşağı" kitabında onun ən yaxşı şeirləri və mənzum nağılları toplanıb.