Proysler, Otfrid. Balaca cadugər / O. Proysler ; bur. məsul, red. A. Sükut ; alman dil. tərc.ed. C. İsmayılzadə ; red. G. Bağıyeva ; ill. L. Novruzova ; dizayn. A. Əsgərzadə. - Bakı : Simurq, 2019. - 168 s.
Gözəl qızım, yenə maraqla nə oxuyursan? — "Balaca Cadugər" kitabını, Ata. — Cadugər??? Qorxmursan? Axı cadugərlər... — Yox, Ata, qorxulu deyil, bu, yaxşı cadugərdi. O, meşədə odunyığanlara, bazarda şabalıdsatana və gülsatan balaca qıza kömək edir. — Nolsun, axı onlar insanlara cadu edir? — Hə, amma Balaca Cadugər xeyirxahdı. Hətta o, pis adamları: atlara əziyyət edən faytonçunu, qəddar meşəbəyini, quşların yuvasını dağıdan uşaqları cəzalandırır. — Yaxşı görək?! — Hə, hə, o, mehribandı, qayğıkeşdi, gülməlidi, safqəlblidi, ancaq həm də tərsdi. Onun Abraksas adlı yaxın bir qarğa dostu da var. Ata, bilirsən, Balaca Cadugərin cəmi-cümlətanı 127 yaşı var. — Nə? 127 yaşı? — Bəli, Ata, 127 yaşı. Cadugərlər üçün bu yaş azdı. Onlar çox uzun yaşayırlar. — Yaxşı, qızım, xoş mütaliələr.